Mart və aprel ayında doğulanların karyeraları daha uğurlu olur
Doğum tarixi karyeraya təsir edir

Doğum tarixi insanların karyeralarına təsir edir. SİA-nın məlumatına görə, Britaniya Kolumbiyası Universitetinin tərkibində fəaliyyət göstərən Sauder biznes Məktəbinin alimləri maraqlı araşdırma aparıb.

Araşdırmalar nəticəsində məlum olub ki, yay aylarında anadan olan şəxslərin rəhbər vəzifələrdə işləmək şansı daha azdır. Bir neçə il ərzində 500-ə qədər böyük şirkətlərin direktorlarının bioqrafiyasını araşdıran mütəxəssislər iyun və iyul aylarında anadan olanların rəhbər vəzifələrdə daha az təmsil olunduğunu müəyyən edib. 500 şirkət rəhbərindən yalnız 6%-i iyunda, 5.8%-i isə iyulda anadan olub.

Şirkət direktorlarının əksəriyyəti mart və aprel aylarında doğulanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə