Suriyalı Rəcəb Tayyib Ərdoğan FOTO

Suriyalı Rəcəb Tayyib Ərdoğan FOTO

28 yaşlı suriyalı Məryəm Diyap Türkiyənin Hatay vilayətinə gəlmək üçün Suriya sərhədini keçərkən üçəm oğlan uşaqları dünyaya gətirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qadın körpələrinə Rəcəb, Tayyib və Ərdoğan adlarını verib.

Üçəmlərin ilk övladları olduğunu deyən ailə başçısı Mahmud Yasin Diyap Suriyanın İdlib şəhərində yaşadıqlarını, hər gün şəhərdə atışma olduğunu bildirib. O deyib ki, arvadının doğum vaxtı yaxınlaşanda Türkiyəyə gəlməyə qərar veriblər. Ancaq qadının sərhəddə sancıları tutduğuna görə Türkiyənin Atma qəsəbəsindəki xəstəxanaya yerləşdirilib.

Ana Məryəm Diyap Türkiyənin suriyalılara verdiyi dəstəyə görə təşəkkür etmək üçün uşaqlarına Baş nazir Rəcəb Tayyib Ərdoğanın adını verməyi qərara aldıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə