Çində çox qəribə və maraqlı hadisə baş verib. Çinli Jian Feng yeni doğulan uşağını görəndə dəhşətə gəlib. SİA-nın "Daily Mirror" qəzetinə istinadən verdiyi xəbərinə görə uşaq o qədər çirkin olub ki, ata bu qədər gözəl qadının belə eybəcər uşaq dünyaya gətirməsinə inanmayıb. Jian arvadının onu aldadaraq uşağının başqasından olduğunu fikirləşib. Əlacsız qadın isə gözəlliyinə 100 min dollara başa gələn plastik əməliyyat nəticəsində sahib olduğunu etiraf edib.
Bu eşitdiklərindən dəhşətə gələn Feng indi də arvadını onu aldadaraq evlənməklə günahlandırıb və məhkəməyə müraciət edərək qalib gəlib.
Feng : "Mən avradımı sevib evlənmişəm. Lakin uşağımız dünyaya gəldikdən sonra problemlər yaşamağa başladıq. Qızım inanılmaz dərəcdə çirkindir və bu məni dəhşətə gətirir".
Fengin arvadı isə 130 min dollar cəriməyə məhkum olunub.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB