"Google"- a bunları yazmısınız?

Dünyanın ən çox istifadə olunan axtarış sistemlərindən olan "Google" gizli əyləncələrlə zəngindir. Bu axtarış sisteminə "Do a Barrel Roll" yazsanız səhifə fırlanacaq. Digər bir nümunə "What is the loneliest number" yazsanız "Google" sizə 1 cavabını verəcək. "Askew" və ya "tilt" yazsaz səhifənin yana sürüşdüyünü görəcəksiniz. Başqa biri "Google gravity" yazın və "Mən şanslıyam" düyməsini basın və oyunun keyfini yaşayın. Son olaraq səhifəyə "let it snow" yazın və "Mən şanslıyam" düyməsini basın hər şey öz əlinizdədir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə