Beyinsiz 3 il yaşadı

Amerika Birləşmiş Ştatlarının Pueble şəhərində doğulan Nikolas adlı uşaq 3 il beyinsiz yaşadıqdan sonra dünyasını dəyişib. Beyinsiz olaraq doğulan uşaqların ya ölü, ya da doğulduqdan sonra qısa müddətdə öldüyünü bildirən həkimlər Nikolasın heç bir həkim nəzarəti olmadan 3 il yaşamasını tibbi möcüzə adlandırıblar.

Xatırladaq ki, tibbdə "anensefali" adlandırılan bu xəstəliyə nadir hallarda rast gəlinir.

Bütün xəbərlər Facebook səhifəmizdə