Siyahıda Azərbaycan 94, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.
Londonda yerləşən "Legatum Institute" təşkilatı dünyanın ən firavan ölkələrinin siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, tədqiqat zamanı 142 ölkə iqtisadiyyat, təhsil, sahibkarlıq, şərait, idarə, səhiyyə, şəxsi azadlıq və təhlükəsizlik səviyyəsinə görə müqayisə edilib.
Siyahıda ilk 3 yeri Skandinaviya ölkələri olan Norveç, Danimarka və İsveç tutub. ABŞ isə ilk 10-luğa daxil olmayaraq hamını təəccübləndirib.
Qeyd edək ki, siyahıda Azərbaycan 94, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.
Dünyanın ən firavan 10 ölkəsi:
1. Norveç
2. Danimarka
3. İsveç
4. Avstraliya
5. Yeni Zellandiya
6. Kanada
7. Finlandiya
8. Niderland
9. İsveçrə
10. İrlandiya
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB