Dünyanın ən uzun minarəli məscidi

Dünyanın ən uzun minarəli məscidi

Mərakeşin Fəs şəhərində Atlantik okeanı sahillərində yerləşən II Həsən Məscidi dünyanın ən hündür minarəli məscididir. Minarənin hündürlüyü 200 metrdir.

Fəs şəhərinin Atlantik okeanı sahilinin qurudulması ilə əldə edilən torpaq sahəsində inşa olunan məscidin memarı fransız Maykl Pinseaudur. Fəs kralı II Həsənin adını daşıyan məscidin tikintisinə 1987-ci ildə başlanıb və 6 ilə tamamlanıb. İslam aləminin ən böyük tikililərindən sayılan məscid 2 min 500 fəhlə və 10 min ustanın əməyi sayəsində ərsəyə gəlib.

Qeyd edək ki, məsciddə 80 min adam eyni anda namaz qıla bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə