"Forbes" jurnalı hansı ölkələrdə daha çox yemək yeyildiyinə və qida məhsullarına pul xərcləndiyinə dair tədqiqat aparıb. SİA-nın məlumatına görə, məlum olub ki, qidaya ən az pul xərcləyənlər amerikanlardır. Bu sahədə onlar dünyəvi minimum nümayiş etdirirlər. Onlarda qidalanma xərcləri ümumi məbləğin 7,8 faizini təşkil edir.
Yeyimcilliyə görə ikinci yerdə Almaniya (10,4 faiz), üçüncü yerdə Niderland (11,3 faiz), dördüncü yerdə isə Yunanıstan (17,1 faiz) gəlir. İlk beşliyi Portuqaliya (18,1 faiz) bağlayır.
Dünyada bu göstərici üzrə altıncı yerdə 18,2 faiz nəticə ilə İspaniya, yeddinci yerdə Cənubi Afrika Respublikası (18,3 faiz), səkkizinci yerdə İndoneziya (19,6 faiz), doqquzuncu yerdə Braziliya (22,5 faiz) dayanır və ilk onluğu 4,1 faiz göstərici ilə Polşa tamamlayır.
Gün ərzində ən çox kalori qəbul edən ABŞ (3.750), həmçinin İtaliya (3.650), Almaniya (3.540), Fransa (3.530) və Rusiya (3.320) sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB