Kopenhagen Universitetinin alimləri 3 illik tədqiqatlardan sonra qanın qrupunu dəyişmək texnologiyasını yaratdıqlarını bildiriblər. SİA-nın məlumatına görə, universitetin bir qrup alimi donor qanının qıtlığı ilə effektiv mübarizə üsulunu tapmağa müvəffəq olublar.
Müxtəlif bakteriya və göbələkləri təhlil edən tədqiqatçılar II, III və IV qrup qanı, universal-I qrup qana çevirə bilən iki ferment tapıblar. Alimlərin sözlərinə görə bu kəşf, insanlara səhv qrup qanın köçürülməsindən yaxa qurtarmağa da kömək edəcək. Yeni texnologiya üzrə qanın emalının klinik sınaqları hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB