“Gangnam Style” yenə də oynatdı

Cənubi Koreya reperi PSY-nin "Gangnam Style" hiti səs- küyü hələ də davam edir. SİA-nın məlumatına görə, mahnı bu dəfə Çinli dissident rəssam, müasir sənətin nüfuzlu xadimlərindən biri Ay Veyveyi də valeh edib. Artıq bu səhnə klip formasında çəkilərək, "YouTube" saytına yerləşdirilib.

Videoçarxda Ay Veyvey çəhrayı futbolka və qara kostyumda avropalı qızlarla birgə rəqs edir, həyətdəcə PSY-nin orijinal klipindəki hərəkətləri təkrar edir. Sonra özünü gənc bir adama qandallayaraq onunla birgə oynayır. Klipə eyni zamanda orijinal versiyadan əlavələr edilib, amma PSY özü burada görünmür.

Məlumat üçün bildirək ki, PSY-nin "Gangnam Style" mahnısı əvvəlcə "YouTube"da hit olub (530 mln. baxış), sonradan ona parodiyalar yayılmağa başlayıb və sinq çatlarında ilk yerləri alıb.

Qeyd edək ki, bundan sonra PSY-nin öz həmyerlisi – BMT baş katibinə "Gangnam Style" rəqs hərəkətlərini öyrətməsi əks olunan videoçarxlar görünməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə