Bakıda "City Challenge" yarışlarına start verildi

Bakıda "City Challenge" yarışlarına start verildi

Bu gün səhər saatlarından etibarən Bakıda "City Challenge" yarışlarına start verilib. SİA-ya verilən məlumata görə, yarışda 10 komanda mübarizə aparacaq və hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarış iştirakçıları artıq hərəkət zolağı boyunca ilk təlim yürüşlərini gerçəkləşdirib. Bununla belə bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara uyğun tətbiq olunur. Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək. Xatırladaq ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır.

Yarışlar oktyabrın 27 və 28-də də davam edəcək. Qeyd edək ki, axşam saat 19:00-da yarışlar yekunlaşdıqdan sonra avtoralli ustalarının iştirakı ilə şou proqram olacaq. Proqramda DJ Miri Yusif və Səbinə Babayevanın ifaları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə