Kişi özünün dəfn mərasiminə gəldi

Kişi özünün dəfn mərasiminə gəldi

Braziliyada maraqlı hadisə baş verib. SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, bir kişi özünün dəfn mərasiminə gəlib.

Maşın yuyucusu Jilbert Araujunun ailəsi onun qəbrinin ətrafına toplaşıb dəfn mərasimi keçirərkən qəbirdə məhz J.Araujunun olduğunu düşünürmüşlər.

Qəfildən Jilbert dəfn mərasiminə gəlib çıxıb. Bunu görən bir neçə nəfərin ürəyi gedib.

Sonradan məlum olub ki, Jilbertin morqda meyitə baxan qardaşı səhvə yol verib. Ölən başqa avtomobil yuyucusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə