Bermud üçbucağında batmış şəhər

Bermud üçbucağında batmış şəhər

Kanadalı alimlər okeanın dibində-Bermud üçbucağında batmış şəhər aşkarlayıblar. Xarici mətbuat xəbər verir ki, 4 hissədən ibarət şualtı şəhərin bir hissəsi şüşədən olub. Arxitektura qədim Latın Amerika sivilizasiyasını xatırladır.

Kubanın şimal-şərq sahillərinə yaxın suyun 700 metr dərinliyində tapılan şəhərin dağıntıları Pol Vaynsveyq və Polina Zalitskayanın rəhbərlik etdiyi alimlər qrupunu heyrətləndirib.

Kadrlardan təkcə piramimidaları deyil, monolit tikintinin bir hissəsini də görmək mümkündür. "Biz bilmirik, bu, nədir. Amma hesab etmirik ki, təbiətin özü simmetrik arxitektur tikili yarada bilsin", deyə tədqiqatçılar vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə