Amerika alimləri apardıqları tədqiqatlardan sonra siqareti tərgitməkdə çətinlik çəkənlərin necə qidalanması ilə bağlı məsləhətlər veriblər. SİA-nın məlumatına görə, mütəxəssislər ən əsas vitamin mənbəsi olan meyvələrdən uzaq qalmamağı vurgulayıblar.
Siqaret C vitaminini bədəndə sürətlə məhv etdiyinə görə gündə 5-9 dəfə təzə tərəvəz və meyvələr yemək lazımdır. Çünki onlar C vitamini və antioksidantlarla zəngindir. Ən əsası yediyiniz meyvə-tərəvəzlər müxtəlif olmalıdır. Yalnız bir növdə meyvə və tərəvəz yeməyin. Meyvələr və tərəvəzlər rənglərinə görə fərqli quruluşda antioksidantlarla zəngindir.
Kiçik tumlu meyvələrdən imtina etməyin. Bunlar albalı, böyürtkən, üzüm kimi meyvələrdir. Antioksidantlar baxımından bu meyvələr çox zəngindir. Bu səbəblə istər qurusu, istərsə də təzəsi çox xeyirlidir. Qidalanmanızda onlara mütləq yer verməyə çalışın.
Alimlər həftədə ən azı 2 gün səhər yeməyində yumurta yeməyi məsləhət görüblər. Qidalanmanızda fol turşuna da yer ayırın. Fol turşu ilə zəngin olan qida məhsulları quru paxlalar, tünd yaşıl yarpaqlı tərəvəzlər və fındıq kimi yağlı çərəzlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB