Baş katib reperin rəqsindən bəzi hərəkətlər etməyə çalışıb
BMT-nin baş katibi Pan Gi Mun qrumun mənzil qərargahında Cənubi Koreyalı reper, "Gangman Style" mahnısının ifaçısı PSY ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son günlərə kimi dünyada ən məşhur koreyalı olduğunu vurğulayan Pan Gi Mun indi bu məsələdə güzəştə getmək məcburiyyətində olduğunu bildirib: "Mən bir qədər həsəd aparıram. Amma hazırda bu binada iki məşhur koreyalı var. BMT-də gərgin danışıqlar olur. Fikirləşirəm ki, belə hallarda "Gangman Style" mahnısını dinləmək lazımdır ki, hər kəs dayansın və rəqs etməyə başlasın"-deyə Pan Gi Mun zarafat edib.
Daha sonra baş katib özü də reperin rəqsindən bəzi hərəkətlər etməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB