Böyük Britaniya kraliçası təcili qulluqçu axtarır. SİA-nın məlumatına görə, Bukenhem sarayına xidmətçi tapılması üçün xüsusi agentliklə əlaqə saxlamaq əvəzinə monarxlar bu dəfə elanı internetdə yaymağa üstünlük verib.
Qulluqçu üçün qoyulan tələblər də maraqlıdır. O, çox təmizkar, dəqiq və tərbiyəli olmalıdır. Xalçaları yaxşı təmizləməyi və mənəvi dəyərlərə hörmətlə yanaşmağı, eləcə də zinət əşyalarına xüsusi diqqət göstərməyi bacarmalıdır. Qulluqçunun vəzifəsi həm də çemodanları yığmaq və qonaqlara qulluq etmək olacaq.
Ən vacibi isə o, lazım gəldikdə susmağı və dedi-qodudan qaçmağı bacarmalıdır. İş qrafiki həftədə 40 saatdır. Ona xüsusi istirahət günləri və səfərlər də təşkil olunacaq. Bütün bu xidmətlərin müqabilində isə o, ayda 1000 funt sterlinq alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB