Braziliyanın şimal-şərqində yerləşən Alaqoinyas qəsəbəsində yaşayan 41 yaşlı Cilberto Markos Araujo öz yas mərasimində iştirak edərək hamını şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər şey avtomobilyuma məntəqəsində işləyən bir şəxsin vurularaq öldürülməsi barədə xəbərlərin yayılmasından sonra başlayıb.
Polislər Cilbertonun qardaşına zəng vuraraq cəsədin qardaşına məxsus olub-olmadığını müəyyənləşdirmək üçün morqa çağırıblar. Ölən şəxsi qardaşına oxşadan Hose Markos cəsədi anasının evinə aparıb və burada Cilberto üçün yas mərasimi təşkil edilib.
Dəfndən bir neçə saat əvvəl Cilbertonun dostlarından biri onu küçədə görür və ailəsinin onun üçün yas saxladığını bildirir. Cilberto sağ olduğunu sübut etmək üçün anasının evinə yollanır. Burada onu görən yas iştirakçılarından bəzilərinin ürəyi gedir, bəziləri isə qorxaraq qaçır. Daha sonra cəsədin Cilbertonun iş yoldaşı Cenivaldo Santos Qamaya aid olduğu aydınlaşdırılır.
Anası Marina Santana məsələnin aydın olmasından sonra qəzetlərə verdiyi açıqlamasında deyib: "İnanılmaz dərəcədə xoşbəxtəm. Öldüyünü zənn edib, sonradan qarşısında onu görən ana necə sevincli olmaya bilər?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB