Amerikada yaşayan 32 yaşındakı bu insan 90 dəfə əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Castin Cedlika burnunu heç vaxt xoşlamayıb.
22 yaşından bu günə qədər 90 dəfə əməliyyat olunan Castin Ken Barbiyə bənzəyib. Özünü tez-tez dəyişməkdən zövq alan Cedlika bədənin hər üzvünü plastik əməliyyat etdirib.
Bu vəziyyəti ilə əlaqədar isə o, bunları deyib: "Davamlı dəyişikliyi çox sevirəm. Əməliyyat nə qədər çətin olsa, nəticədə bir o qədər gözəl olar".
Qeyd edək ki, bu əməliyyatlar nəticəsində o, 100.000 dollar xərcləyib.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB