Neftə rəqib gəlir

Bir İngilis şirkəti havadan yanacaq alma üsulu ixtira edib. Ekovitrinin verdiyi xəbərə görə, bu üsul havadakı karbondioksidi yığıb, sudakı hidrogenlə birləşdirmək və xam neftdə olan elementlərə çevirməkdən ibarətdir. Çıxarılan bu hidrokarbonlu mayedən neft və törəmələri əldə ediləcək.

İndiyəcən məlum olan üsulları birləşdirərək yenisini ixtira edən şirkət bu yolla 5 litr yanacaq əldə etməyi bacarıb. Mütəxəssislər istehsalın gündə 1 tona qədər çıxarıla biləcəyini qeyd ediblər. Neft kimi görünsə də, bu yeni məhsul daha saf və təmizdi. Ancaq bu üsulun xərci və müddət üçün lazım olan elektrik miqdarı göz önünə alındıqda çox da qazanclı olmadığı görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə