Günəşin qeyri-adi görüntüsü çəkilib FOTO

Günəşin qeyri-adi görüntüsü çəkilib FOTO

NASA-nın "Günəş Dinamikləri Rəsədxanası" (SDO) günəşin qeyri-adi görüntülərini yayıb. Merilend əyalətindəki NASA "Goddard" kosmik uçuş mərkəzindən verilən məlumata görə, günəş səthində meydana gələn partlayış və qasırğa "Gradyan" filtiri ilə çəkilib.

SİA-nın məlumatına görə, "Gradyan" filtiri ulduzun atmosferdəki xroniki dövrlərinin ən aydın nümayişinə yardım edir. Akademiklər SDO-nin əldə etdiyi məlumatlarla günəşin hərəkətini və dünyaya olan təsir qüvvəsini daha yaxşı öyrənməyə çalışırlar.

Qeyd edək ki, SDO-nun 2010-cu ilin fevralında kosmosa göndərdiyi kosmik aparatın 5 il müddətində NASA-ya günəş barədə məlumatlar ötürməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə