Nəhəng yarasa tutulub FOTO

Peru ordusu nəhəng yarasa tutub. SİA-nın məlumatına görə, yarasa bir neçə dəfə yerli əhaliyə hücum edərək onlara ciddi xəsarət yetirib. Qanadlarının uzunluğu 2 metrə çatan yarasanı Peruda "Çupakabra" adlandırırlar.

Yarasa onu tutan ordu qüvvələrini də əməlli başlı qorxudub. Flying Fox növünə aid olan bu yırtıcıya əsasən Afrika və Asiyada rast gəlinir. Bu növün Peruya hansı yolla gəlib çıxması isə alimləri düşündürən məsələlərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə