Britaniya parlamentinin qərarına görə, bundan sonra ölkə vətəndaşları Facebook-dakı səhifələrindən rəsmi dövlət işlərini də həll etmək üçün istifadə edəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, parlament qərarının reallaşdırılması üçün Facebook-la yanaşı, digər sosial şəbəkələrin rəhbərlikləri ilə də danışıqlar aparılacaq.
Uyğun model hazırlanandan sonra Britaniya vətəndaşları dövlət yardım və sosial təminatı, pasportun yenilənməsi və digər işləri Facebook vasitəsilə görə biləcəklər.
Pilot layihənin 2013-cü ilin əvvəlində həyata keçiriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB