96 yaşında ata oldu

Hindistanda yaşayan Ramajit Raqhav 96 yaşında ata olub. İlk dəfə iki il əvvəl 94 yaşında ata olan Ramajit Raqhav 96 yaşında yenidən ata olmaqla özünəməxsus rekordu təzələyib. Onun həyat yoldaşı Şakuntala 52 yaşında ilk uşağını dünyaya gətirmişdi. İndi o 54 yaşında ana olmağın sevincini yaşayır.

Yeni Dehli yaxınlığında Haryana qəsəbəsində yaşayan cütlük iki oğul sayəsində soylarının davam etdirilməsinə görə çox xoşbəxtdirlər.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə