Yerə oxşar planet kəşf olundu

Alimlər Günəş sisteminin kənarında yer kürəsi böyüklüyündə və ona bənzərliyi ilə diqqəti cəlb edən planet kəşf ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə günəş sistemindən 4 işıq ili məsafədə olan planet Alfa Sentauri B ətrafında yerləşir.

Çilidəki Harps teleskopu vasitəsilə kəşf edilən planet yer kürəsi ilə eyni kütləyə malikdir və öz oxu ətrafında fırlanma müddəti 3.7 gündür. Səthindəki istilik 1200 dərəcədir.

İndiyədək günəş sistemi xaricində kəşf edilən 842 planet arasında yerə ən yaxın olanıdır.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə