"Сelebrity Net Worth" nəşri maraqlı siyahı tərtib edib
Dünyanın tanınmış "Сelebrity Net Worth" nəşri minilliyin ən varlı insanlarının siyahısını tərtib edib. Rusiya mətbuatının verdiyi məlumata görə, bu siyahıya XIV əsrdə yaşamış afrikalı hökmdar I Musa başçılıq edir. İlk "üçlük"də Rotşildlər sülaləsinin və milyarder Con Rokfellerin də adı var.
Ümumlikdə siyahıda 25 nəfərin adı var ki, onlardan biri Rusiyanın sonuncu monarxı II Nikolaydır.
Reytinq müəlliflərinin hesablamalarına görə, bu siyahıda iştirak edənlərin var-dövlətinin ümumi məbləği dollar ekvivalentində 4.32 trilyon təşkil edir. Bu siyahıda adları onlardan yalnız 3 nəfər bu gün sağdır ki, onlardan biri Bill Qeyts, Uorren Baffet və Karlos Slimdir.
Son minilliyin 25 ən varlı adamlarının adları aşağıdakılardır:
1. Musa (400 milyard dollar)
2. Rotşildlər dinastiyası (350 milyard dollar)
3. Con Rokfeller (340 milyard dollar)
4. Endryu Karneqi (310 milyard dollar)
5. II Nikolay (300 milyard dollar)
6. Osman Ali Xan, Asif Cax VII (236 milyard dollar)
7. Vilhelm I (229,5 milyard dollar)
8. Müəmmar Qəddafi (200 milyard dollar)
9. Henri Ford (199 milyard dollar)
10. Kornelius Vanderbild (185 milyard dollar)
11. Alan Rufus (178,7 milyard dollar)
12. Bill Qeyts (136 milyard dollar)
13. Uilyam de Varenn (146, 1 milyard dollar)
14. Con Cekob Astor (121 milyard dollar)
15. Riçard Fitsalan (118,6 milyard dollar)
16. Con Qont (110 milyard dollar)
16. Stefan Jirard (105 milyard dollar)
17. Aleksandr Stüart (90 milyard dollar)
18. Henri Lankaster (85,1 milyard dollar)
19. Frederik Veyerhauzer (80 milyard dollar)
20. Cey Quld (71 milyard dollar)
21. Karlos Slim (68 milyard dollar)
22. Stiven van Rensseler (68 milyard dollar)
23. Marşall Fild (66 milyard dollar)
24. Sem Uolton (65 milyard dollar)
25.Uorren Baffet (64 milyard dollar)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB