Ən böyük meteorit satıldı FOTO

Tarixdə indiyə qədər ən böyük hesab edilən meteorit hərraca çıxarılıb. SİA-nın məlumatına görə, hərrac Nyu-Yorkda "Heritage Auctions Company" tərəfindən həyata keçirilib.

Hərracda 1 milyon dollar dəyərində meteorit və Ay parçaları satılıb. Nyu-Yorkdakı hərracda satılan ən bahalı əşya 1.8 kq çəkili Aydan qopan qaya parçası olub. Qaya parçası 330 min dollara satılıb. 1972-ci ildə Yerə düşərək bir inəyin ölməsinə səbəb olan meteorit isə 1300 dollara satılıb. Ümumilikdə hərracda 125-dən çox meteorit satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə