Səhnədə soyunmağa adət etmiş dünya ulduzu Madonna bu dəfə Pakistanda taliblər tərəfindən güllələnən 14 yaşlı hüquq müdafiəçisi və ictimai fəal Malala Yusufzaiyə dəstək olmaq üçün soyunub. SİA-nın məlumatına görə, Los-Ancelesdə verdiyi konsertdə siyasi mesaj verən Madonna konsertin ortalarına yaxın soyunmağa başlayıb.
Kürəyinə "Malala" adını yazdıran Madonna azyaşlı fəalın başına gələnləri eşidəndən sonra ağladığını da deyib. Diva "Human Nature" (İnsan xisləti) mahnısını ifa edərkən, "Malala, bu mahnım sənin üçündür!", - deyib.
Sənətçinin bu addımı hətta bəzi KİV-lərdə diqqət çəkmək üçün ucuz metod kimi də qiymətləndirilib. Pakistanlılar isə sosial şəbəkələrdə Madonnanın bu addımının cəsur Malalaya yaraşmadığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB