Amerikalı alimlər insan orqanizminə zərərli qidaların top onluğunu tərtib edib.
1. Çeynənən konfetlər, "çupa-çups": Tərkiblərində külli miqdarda şəkər, kimyəvi əlavələr, rəngləndiricilər, qida əvəzediciləri var.
2. Kartof və qarğıdalı çipsləri: Rəngləndiricilərlə əvəzedicilər, karbohidratlarla yağların qarışığından ibarətdirlər.
3. Şirin qazlı içkilər: Şəkər, kimyəvi maddələr və qazların qarışığıdır. "Coca-Cola" ərp və pası təmizləmək üçün daha yaxşı vasitədir. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrasiyası çox ziyanlıdır - 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir.
4. Şokolad batonları: Kimyəvi əlavələr, genetik modifikasiyası dəyişdirilmiş məhsullar, rəngləndiricilər və aromatizatorlardan ibarətdir.
5. Sosiska və kolbasalar: Ətli delikateslər ən zərərli ərzaqlardır. Tərkibləri aromatizator və dad əvəzediciləri ilə pərdələnən "gizli yağlar"dan (donuz dərisi, donuz piyləri) ibarətdir. Kolbasaların, sardelkaların və sosislərin 80 faizi transgen soyadan ibarətdir.
6. Yağlı ət: Damarlara xolesterin yığır və orqanizmin qocalmasını sürətləndirir, ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
7. Mayonez: Çox kalorilidir, tərkibində çoxlu miqdarda yağ və karbohidrat var, həmçinin rəngləndiricilər, şirinlik verən maddələr, qida əvəzediciləri ilə boldur. Ketçup barədə də bu sözləri demək olar.
8. Tez hazırlanan əriştə: Orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz: Faydası və ləzzəti az deyil, amma zərəri daha çoxdur. Təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır.
10. Alkoqol: Ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur, qara ciyəri qara günə qoyur və çox kalorilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB