Beynəlxalq Telekommunikasiya Birliyinin (BTB) araşdırmasında 2011-ci ilin sonuna olan məlumata görə, dünyadakı hər 100 nəfərdən 86-da mobil telefon var. Bu da azı 6 milyard mobil telefon deməkdir. Birliyin yaydığı rəsmi sənəddə təkcə Çində 1 milyard mobil telofon abunəçisi olduğu qeyd edilib. Ekspertlərin hesablamalarına görə, Hindistanda da 2012-ci ildə bu say 1 milyarda catacaq.
Bəs internet?
Mərkəzi Cenevrədə olan BTB şirkəti keçən il dünya əhalisinin üçdə birinin – 2,3 milyard insanın internet istifadəçisi olduğunu bildirib. Bu məsələdə inkişaf etmiş ölkələrlə inkişaf etməmiş ölkələrin arasında ciddi fərq olduğu qeyd olunub. Məlumata görə, dünyada internet istifadəçilərinin 70 faizi sənayesi inkişaf etmiş ölkələrin varlı sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə