SİA yazdıqları əsərlər qədər ölümləri ilə də yadda qalan, müxtəlif düşüncələrə, fərqli milliyətlərə məxsus yazıçı və şailərin fərqli intihar növlərini təqdim edir :
Sylvia Plath (1932-1963)
Uşaqları yuxuda olarkən onların yanına süd və şirniyyat qoyub sonra mətbəxə gedərək başını sobaya soxaraq özünü öldürüb.
Ernest Hemingway (1899-1961)
Amerikalı yazıçı və jurnalist olub. Sadə üslub ilə yazdığı qısa hekayələri ilə tanınan Ernest özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Beşir Fuad (1857-1887)
Türk əsgər və yazıçısı olan Beşirin söylədiklərinə görə anası kimi sinir xəstəliyindən ölmək istəmədiyi üçün biləklərini kəsərək həyatına son verib.
Eleanor Marks (1855-1898)
Karl Marksın kiçik yazıçı qızı Eleanor 1898-ci ilə sevgilisi Avelingin bir aktrisa ilə evləndiyini öyrənir. Aveiling isə Marksa birlikdə intihar etməyi təklif edir. Marks sevgilisinin verdiyi kimyəvi maddəni içərək intihar edir. Aveling isə sözünə əməl etməyərək intihar etmir.
Virginia Voolf (1882-1941)
İngilis əsilli feminist, yazıçı və tənqidçi olan Voolf istedadını itirmək qorxusunun əmələ gətirdiyi stress, dəhşət və qorxu ilə mübarizə aparır. Ruhi problemləri olan yazıçı ciblərinə daş dolduraraq özünü evlərinin yaxınlığındakı Ouse çayına ataraq intihar edir.
Arthur Adamov (1908-1970)
Rus-erməni əsilli Fransız aktyor və yazıçı olub. Çoxlu sayda yuxu dərmanı ataraq həyata vəda edib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB