Avtriyalı ekstremal 39 kilometr hündürlükdən paraşütlə tullandı
Yeni dünya rekordu

Feliks Baumqartner sərbəst enişdə səs sürətini aşıb

Avtriyalı ekstremal Feliks Baumqartner paraşütlə stratosferin yüksək təbəqələrindən tullanıb və sərbəst enişdə səs sürətini aşıb. Tryuk üçün təzyiqi nizamlayan, lazım olan oksigen və temperaturu təmin edən xüsusi skafandr kostyum hazırlanıb. Onsuz insan stratosferdə dərhal huşunu itirər və donar.

Beləliklə, Feliks Baumaqartner 1960-cı ildə 31 kilometr hündürlükdən tullanan Co Kittinqerin rekordunu təzələdi. Bu tryuk bəşəriyyət tarixində ən ağılasığmaz tullanmaların reytinqinə başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə