Türkiyədə Ordu şəhərinin Yalıköy kəndinə yaxın ərazidə yerləşən 500 metr hündürlüyündəki təpə kəsilib. Ərazidə yaşayanlar təpənin günəşin qabağını kəsdiyi üçün kəsilməsini istəyiblər. 30 il əvvəl xalqın şikayətləri nəzərə alınaraq təpə 30 metr kəsilib. Təpədən bu il də 2 min yük maşını torpaq daşınaraq daha 3 metr qısaldılıb. İllərdir kifayət qədər günəş görə bilmədiklərini, nəmli havadan qaynaqlanan revmatizm xəstəliyindən əziyyət çəkdiklərini bildirən vətəndaşlar: "Günəş olmadığı üçün nəm miqdarı çox idi. Revmatizm xəstəliyi çox yayılmışdı. Amma dağ kəsiləndən sonra daha rahatıq", - deyib.
Yalıköy bələdiyyə başçısı Tahsin Qaramustafaoğlu: "Yalıköy bir tərəfi dəniz, üç tərəfi dağ-təpəylə çevrilmiş bir yerdir. 25 metr daha kəsmək istəyirik. Amma imkanımız yoxdur. 25 metr də kəssək günəşdən daha çox istifadə edə bilərik", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB