73 ildir ki…

85 yaşlı vyetnamlı Nquen Van Szyan 12-ci sinifdə oxuyandan saçlarını kəsməyib. 73 il ərzində onun saçları 4 metr uzunluğunda və 2 kiloqram çəkidə olub. Hələ yeniyetmə dövründə Nquen saçlarının uzun olmağına üstünlük verib. 12 sinifdə müəlliminin məsləhətilə o saçlarını kəsdirib, amma ondan sonra, o bədənində qəribə ağrı hiss etməyə başlayıb. Nquen saçlarını kəsənə qədər heç vaxt sağlamlıqla bağlı heç bir problem yaşamayıb və o hətta qrip də olmayıb. Baş verən hadisədən sonra o qərara gəlib ki, bir daha saçlarını kəsdirməsin.

O vaxtdan 73 il keçib və onun adlandırdığı "əjdaha quyruğu" saçları 4 m uzunluğundadır.

Son 30 il ərzində, vyetnamlı buddist heç vaxt saçlarını yumayıb, amma başında qaşınma ilə mübarizə aparmaq üçün, o başına yağ sürtür. Həmçinin buddist 2 kq-lıq saçı ilə çox hərəkət edə və uzun müddət bostanla məşğul ola bilmir.

Amma bu vyetnamlını təkcə saçları ilə fərqlənmir, o həm də qibtə olunan sağlamlığı ilə digərlərindən öndədir. Nquen həmiçinin eynəksiz oxuya və iynə saplaya, odun yara və tərəvəzlər yetişdirə bilir. Bəziləri hesab edirlər ki, onun sağlamlığına səbəb əsasən uzun saçlarıdır, başqaları isə bunu onun vegeterian olması və gündə bir dəfə yemək yeməsi ilə izah edir.

Bütün xəbərlər Facebook səhifəmizdə