Hər rəngin özünə görə bir gözəlliyi var. Məsələn, Peyğəmbərlərinin ağ, qara, yaşıl və qırmızı rəngli parçalardan tikilmiş paltarları müxtəlif zamanlarda geyindikləri məlumdur. Ancaq çox vaxt ağ rəngi seçdikləri kimi, səhabələrinə də tövsiyə ediblər. Həmçinin onların qırmızı rəng cübbə, jilet və sarıq geydiklərinə dair rəvayətlər də var.

"Dinimizdə qırmızı geyinmək haramdır"- deyə bir qeyd yoxdur. Paltarın rəngi əhəmiyyətli deyil, təmizliyi əhəmiyyətlidir. Ərəbistan kimi çox isti ölkələrdə tünd rəng günəş işığını xaricə əks etdirmədiyi üçün insanların səhhətinə mənfi təsir göstərib. Buna görə də, isti ölkələrdə açıq rəng paltar geymək, rahatlıq baxımından daha uyğundur.

0nu da deyək ki, İslam dinində bəzi rənglər barəsində maraqlı məlumatlar var:

Rəsulullah əleyhissalatu vəssalam buyurublar ki: "Geyimlərdən ağ olanları geyin. Çünki onlar ən xeyirli geyəcəklərinizdir. Ölülərinizi də ağla kəfənləyin".

Qırmızı

Rəvayətlərin birində deyilir ki, üzərində qırmızı rəngli iki geyim olan bir adam gəldi və Rəsulullah əleyhissalatu vesselama salam verdi. Amma Əleyhissalatu vəssalam adamın salamını almadı.

Qırmızı və bəzilərinə görə isə sarı rəngdə paltarlar geyinmək məkruhdur.

Sarı

Hədislərin birində sarı rəngə boyanmış geyim haqqında deyilib ki: "Bu, kafirlərin paltarıdır, əsla bunları geyinmə!".

Yaşıl

Bildiyimiz kimi, yaşıl rəng İslam dininin rəngidir. Deyilənlərə görə, Məhəmməd Peyğəmbər də yaşıla boyanmış geyimlərdən istifadə edib.

Qara

Dinimizdə qara rəng də müsəlmanların istifadə edə biləcəyi rəng kimi buyrulub. Hətta qara rəng "gözəl" adlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə