Çində bir ata 18 yaşında vəfat edən oğlunun cəsədini artıq 6 ildir ki, evində, soyuducuda saxlayır. Tyan Xumin adlı ata avtomobil qəzasında oğlu ilə xanımını itirəndən sonra özünə gələ bilməyib. Arvadını dəfn edəndən sonra o, oğlunun cəsədini evə gətirib. Oğlunun cəsədi ilə birlikdə yaşamağın ona həyat verdiyini deyən Tyan müvafiq dövlət qurumlarının xəbərdarlıqlarına rəğmən hələ də oğlunu dəfn etmək niyyətində deyil. Tyan: "Altı ildir ki, oğlum soyuducudadır. Onsuz yaşaya bilməzdim. Oğlumun yanımda olduğunu bilmək məni bu həyatda saxlayır" - deyib.
Qeyd edək ki, 60 yaşlı Tyan Xumin Çonin vilayətindəki Kyasan bölgəsində, kiçik Huanlin kəndində yaşayır. 1979-cu ildə Yan Honyinlə ailə qurandan sonra Tyan bu kəndə köçüb. 1987-ci ildə isə oğlu-Tyan Qinyuan dünyaya gəlib.
Bir müddət sonra iki uşaq atası olan Tyanın qızı, 15 yaşlı Yinyin vəfat edib. Bir neçə ay sonra isə Tyanın arvadı və oğlu qəzaya düşərək həlak olublar. Bədbəxt ata: "Oğlumu dəfn etməkdən qorxuram. Əvvəl qızımı, sonra arvadımı və Qinyuanı itirdim. Kimim qalıb ki, bu həyatda?!" –deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB