Maldiv Respublikasında qadın və kişilərin birgə iştirak etdiyi tədbirlərə məhdudiyyətlər tətbiq olunacaq. İslam Məsələləri üzrə Nazirliyin qərarına əsasən, bütün dövlət idarələrində qadın və kişilərin birgə rəqsinə qadağa qoyulub. Bundan başqa dövlət orqanlarında tədbirlərə yeniyetmə qız və oğlanlardan ibarət rəqs kollektivlərini dəvət etmək də yasaqlanıb. Uşaq bayramları, hərbi paradlar isə istisnalara daxildir.
Gənclər naziri Məhəmməd Şərif bildirib ki, qadağalarda məqsəd qadınları xoşagəlməz davranışlardan qorumaqdır. Maldiv müxalifəti də artıq qərarla bağlı münasibətini açıqlayıb. Müxaliflərin yaydığı bəyanatda 330 min müsəlmanın yaşadığı ölkədə musiqi və rəqsə məhdudiyyətlərin qoyulması alqışlanır: "Ən pisi odur ki, gənclər dinimizin qadağan etdiyi musiqi və mahnılardan asılı olublar. Siqaret, musiqi və internet, alkoqol, parnoqrafiya və ağır narkotiklər kimi ziyanlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB