Həyat yoldaşınız içdiyi stəkanı belə mətbəxə götürmürsə bir də bu təkliflərə göz atın.
• Çiçəkli, böcəkli, meyvəli mətbəx önlükləri yerinə Hörümçək Adam, Terminator, X-Man bəzəkli önlüklər olmalıdır.
• Soba əlcəkləri qapıçı əlcəyi kimi olmalıdır.
• Zibil qutusu hündür bir yerə qoyulsun basketbol atmağı sevərlər!
• İsveçrə alışqanını da sevərlər məsələn, onun kimi birdən çox funksiyası bir yerdə təqdim edən alətlər olmalıdır.
• Televizor mütləq olsun və yalnız futbol izləyə bilsin.
• Mümkünsə xurustal kimi "kövrək" maddələrdən hazırlanan qab-qacaq olmasın mətbəxdə! Dəmirdən, poladdan ola bilər.
• Dərmanı özü qoyan, qab-qacaqları özü yerləşdirən və uzaqdan idarəetmə ilə çalışan qab-qacaq maşınları icad edilməlidir.
• Mətbəx alətlərinin istifadə qaydaları mümkün qədər asanlaşdırılsın.
• Ocağı yandırmaq üçün istifadə edilən alışqan Zippo olsun.
• Mətbəxdə internetə bağlı bir ədəd dizüstü kompüter olsun ki, makaron suyunun qaynamasını gözləyərkən ayaqüstü oyun oynaya bilsinlər.
• Yemək kitablarının dili dəyişsin yeni bir mətbəx terminologiyası hazırlansın.Məsələn "Bir tutam duz" yerinə "bıçaq ucuyla duz" deyə yazılsın.
• Qazan ,tava kimi mətbəx əşyaları ulduz futbolçu naxışlarıyla bəzənsin.
• Yeməyin yanması ya da başına başqa bir fəlakət gəlməsi vəziyyətində təcili həll üçün mətbəx pizzaçı, kababçı, hamburgerçi telefonları qoyulsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB