İlk öncə gəlin görək, hıçqırıq nədir? Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçkırığın çıxardığı səsin səbəbidir.
İndi isə hıçqırığın səbəblərini öyrənək. Hıçqırığın səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinən səbəblərdir. Ayrıca, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı, sətəlcəm zamanı da müşahidə oluna bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda bir həkimə baş vurmaq lazımdır.
"Hıçqırığı necə aradan qaldırmaq olar" sualı isə yəqin ki, çoxunuzun maraq dairəsindədir. Hıçqırığın qarşısını almaq üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Bu tədbirlərə baxmayaraq, yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunur. Hıçqırığı kəsmək üçün tətbiq olunan üsullar əksəriyyətlə nəfəs alışını nəzarət etməklə və sinirlərlə əlaqədardır.
Hıçqırığa tutulduğunuzda bu üsulları təcrübə edə bilərsiniz:
1. Şirin bir şey yemək – sinirlərinizi aldadıb hıçqırığa son verə bilər. Bunun üçün bir çay qaşığı dolusu şəkəri və ya balı dilinizin dib hissəsinə yerləşdirin.
2. Barmaqlarınızla qulaqlarınızı tıxayın. Bu, eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır.
3. Burnunuzu və ağızınızı bağlayaraq dözə bildiyiniz qədər hava almadan dayanın.
4. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq) ya da suyla qarqara etmək sinirləri yatıra bilər.
5. Bir kağız torbanın içində nəfəs alın – verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədiyində (nəfəs verəndə karbon qazı buraxdığımızdan torbada oksigenin miqdarı azalır) hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.
6. Xüsusilə tərkibində maqnezium olan qidalar sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilər.
7. Qıdıqlandıqda sinirlərinizin üstünə ciddi miqdarda yük minəcək və hıçqırıq dayanacaq.
8. İsti bir şeylər içmək. Bu, bütün metodlar içində ən güvənilən və sürətli bir metoddur. Hıçqırıq başlayan anda isti su, çay, süd və s. içsəniz, 10-15 saniyəyə yox olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə