Obama cütlüyü evliliklərinin 20 illiyində

Obama cütlüyü evliliklərinin 20 illiyində

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama evliliklərinin 20-ci ildönünümü qeyd edib. SİA-nın məlumatına görə, cütlük evliliklərinin ildönümünü Vaşinqtonun Corctaun hissəsində yerləşən "Bourbon Steak" restoranında qeyd edib.

Barak Obama və həyat yoldaşının evlilik ildönümü əslində çərşənbə gününə təsadüf edib.

Ancaq həmin gün ABŞ prezident seçkiləri namizədlərinin ilk debatı olduğundan qeydetmə mərasimi bir neçə gün təxirə salınıb. Denverdə keçirilən debat zamanı prezident Obama həyat yoldaşını evlilik öldönümü münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə