Kişilər qadınları necə "ələ keçirir"?
O, mənim olmalıdır!

Əksər kişilərin qarşılaşdığı ən böyük problem bəyəndikləri qadınlarla tanış olmaqdır. SİA qadınları ələ keçirmək üsullarından bir neçəsini təqdim edir:

1. Jurnalist –yazıçı Neil Straussun "The Game" adlı kitabında yazır ki, qadına kompliment demək zamanından və məkanından asılı olmayaraq hər zaman işə yarayır. "Əynindəki paltarı çox bəyəndim, bu gün başqa bir qadının da əynində görmüşdüm, çox gözəl idi" kimi cümlələrlə psixoloji bir təsir yarada bilərsiniz. Beləcə, onu bəyəndiyinizi, ancaq başqa qadınlarla rəqabətdə olduğunu da vurğulamış olacaqsınız.

2. Qadını ələ keçirmə sahəsindıə ustad hesab edilən Adam Lyons isə bu məsələdə sizə xanımın iş mühitinin kömək olacağını düşünür. Məsələn, xanımın işlədiyi yerə daxil olub, istəyinizə nail ola bilərsiniz.

3. Adam Lyonsun ən məşhur tanış olma üsulu isə qadının sizin söhbətinizi eşitməyinə şərait yaratmaqdır. Bu zaman siz həmsöhbətinizlə gündəmdəki mövzulardan, seksdən və ya maraq oyandıracaq başqa mövzulardan danışa bilərsiniz.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə