100 mində bir rastlanan bu hadisə uşağın valideynlərini və həkimləri şoka salıb. "Dəniz qızı" geridə qalan 1,5 il ərzində daima həkimlərin nəzarətində olub.
Nadir hallarda baş verən bu sindromdan əziyyət çəkən qızcığaz bir neçə gün bundan öncə əməliyyat olaraq ayaqları bir-birindən ayrılıb.
İspanca "möcüzə" mənasını verən Milaqros bir neçə gündən sonra həkimlərin köməyi ilə ilk dəfə addım atmağı bacarıb. Lakin, bu hələ "dəniz qızı"nın sağlamlığına tam qovuşması demək deyil. Çünki, qızın ayaqları onurğa sümükdən topuqlara qədər bitişik olduğu üçün onda həzm, cinsi və digər orqanlarda problem yaranb.
Həkimlərin dediyinə görə, Milaqrosun bu problemlərinin aradan qalxması üçün 15 il ərzində daha 2 əməliyyat keçirilməlidir.
Mütəxəssislər bildirir ki, "dəniz qızı" sindromu ilə doğulan uşaqlar doğuşdan bir neçə saat sonra ölürlər. Ona görə Milaqrosun bu qədər yaşaması möcüzə kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB