Ginnes Rekordlar Kitabına daxil olan Koreya rəqsi

Ginnes Rekordlar Kitabına daxil olan Koreya rəqsi

Qeyri-adi fləşmob Seulda baş tutub

Cənubi Koreyalı müğənni Çe-Sanın "Gangnam Style" klipində ifa etdiyi rəqsin pərəstişkarlarının sayı günbəgün artır. Ötən gün Cənubi Koreyanın paytaxtı Seulda 670-ə yaxın insan küçələrə çıxaraq, birlikdə "Gangnam Style" rəqsini ifa edib. Fləşmob iştirakçıları arasında Cənubi Koreya, Fransa, Polşa, Hollandiya, Kosta Rika, Malayziya və Rusiyadan olan peşəkar rəqs qrupları da olub. Peşəkar və həvəskar rəqqaslar Seulun mərkəzində 500 metr məsafədə hərəkət edərək, müğənni Çe-Sanı təqlid ediblər.

Qeyd edək ki, "Gangnam Style" rəqsinin videosu "Youtube" videoportalında 350 milyondan çox adam tərəfindən izlənilərək, Ginnes Rekordlar Kitabına daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə