Ölüm tullanışı

Avstriyalı Felix Baumgartner çərşənbə axşamı 36 min metrdən özünü yerə doğru atacaq. Həkimlər qəti olaraq bildirirlər ki, bu tarixə keçəcək atlayış ölümlə nəticələnəcək...

SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən çılğın idmançılarından sayılan avstriyalı 43 yaşlı paraşütçü Felix Baumgartner tarixin ən əhəmiyyətli atlayışını edəcək. Mart ayında 50 metr uzunluğunda bir helium şarının daşıdığı kapsulda yerdən 21 min 800 metr yüksəklikdən tullanan və saatda 587 km sürətə yerə enən Baumgartner bu atlayışla mayelərin, qanın buxarlaşdığı və insan həyatının təhlükəyə girdiyi, istiliyin mənfi 60 dərəcəyə yaxınlaşdığı 19 min metr ətraflarındakı Armstronq sərhədini keçmişdi.

Atlayışdan sonra Baumgartner əllərini tərpədə bilməmişdi. İndi Redd Bull və NASA-nın ortaq təşkilati dəstəyi ilə təşkil edilən "Redd Bull Stratos" layihəsində New Mexiko çölünə enəcək olan Baumgartner 36 min metri 15 dəqiqəyə düşəcək. Bu atlayışdan sonra təqaüdə çıxmaq istədiyini bildirən idmançı "İnanılmaz bir həyəcan yaşayıram. Hər şey hazırdır. Havada 15 dəqiqə ölümlə burun-buruna keçirəcəyəm. Ya hərəkəti olaraq təqaüdə çıxacağam, ya da həyatımı itirərək həyatdan təqaüdə çıxacağam", - deyib.

Mütəxəssislər də atlayışın böyük risk daşıdığını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə