Böyük Britaniyanın paytaxtı London şəhərində məşhur "Agent 007" filminnə məxsus aksesuarlar satışa çıxarılıb. Filmdə ingiltərəli agent rolunu oynayan Deniel Kreyqin idarə etdiyi "Aston Martin V12 DBS 2" markalı avtomobil öz qiymətindən bir neçə dəfə baha satılıb. Beləki ingiltərəli işadamlarından biri Ceyms Bondun avtomobilinə görə 241 sterlinq (306407 AZN) xərcləyib.
Qeyd edək ki, Ceyms Bond, həmçinin "Agent 007"-Yan Fleminqin kitabları əsasında çəkilmiş çox saylı filmlərdə uyudurma İngilis casusu, qəhrəmanıdır. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bondun macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar.
Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962-1967; 1971), Corc Leyzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989, Pirs Brosnan (1995-2002), Deniel Kreyq (2006-).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB