Sultan Süleymanı soydular

Azərbaycan tamaşaçısının maraqla izlədiyi "Muhteşem Yüzyıl" serialının baş rol ifaçısı soyulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, Sultan Süleyman Qanunini canlandıran aktyor Halit Ergençin həftəsonu Sloveniya səfəri pis hadisə ilə yadda qalıb. Qatıldığı film festivalından sonra alış-verişə çıxan aktyor parfumeriya mağazasında qarət edilib.

Məlumata görə, Ergenç həyat oldaşına hədiyyə almaq istəyərkən soyğunçular onun pul qabını oğurlayıblar. Pulla bərabər onun şəxsiyyət vəsiqəsi, kredit kartları da oğurlanıb.

Aktyor əlindən pul qabını alıb qacan soyğunçuların arxasınca qaçsa da, onları yaxalaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə