Yaponiyanın "Fujitsu Electronics" şirkəti Tokioda keçirilən "Ceatec 2012" sərgisində "Arrows" planşetinin yenilənən versiyasını təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yenilik "Windows 8" əməliyyat sistemi (ƏS) ilə işləyir, həmçinin su keçirməyən korpusa malikdir. Məlumat üçün bildirək ki, "Fujitsu" 2012-ci ilin yanvarında ABŞ-da keçirilən "CES 2012" sərgisində su keçirməyən planşetin "Android" versiyasını təqdim edib.
Qeyd edək ki, "Arrows" planşetinin yeni versiyası 10,1 düymlü ekran, ön və arxa kameralar, "MicroSD" yaddaş kartları üçün slot, həmçinin "MicroUSB" portu ilə təchiz edilib. Qurğu, həmçinin "LTE" rabitə standartını dəstəkləyir. Ancaq "Android" versiyasında bu imkan dəstəklənmirdi. Şirkət qurğunun rəsmi texniki spesifikasiyalarını hələ ki dərc etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB