Qəribə hadisə!

Hindistanda qəribə hadisə baş verib. SİA-nın məlumatına görə, dövlətin "Maharaja Yeshwantrao" adlı xəstəxanasına iştahsızlıq səbəbi ilə müraciət edən 19 yaşlı gənc qız həyatının şokunu yaşayıb. İştahsızlığının səbəbini araşdıran həkimlər qızın qarnında toplanmış 2 kiloqram tük yumağının olduğunu təsbit ediblər. Belə ki, gənc qızın saç və təbaşir yemə vərdişinin olması onu bu vəziyyətə gətirib. Dərhal əməliyyata alınan qız həkimlərin uğurlu əməliyyatı nəticəsində tuk yumağından azad olunub.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə