Ümumiyyətlə, dünyada heç nə sonsuz deyil, lakin uzun müddət davam edən çox az hadisəyə rast gəlirik. Dünyanın ən uzun müddətli hadisələrini isə SİA öz oxucularına təqdim edir:
Dünyanın ən uzun müddətli nişanı:
Bir daha nişanlınız sizi nə vaxt evlənəcəyiniz mövzusunda sıxışdırsa ona Octavio Guillen və Adriana Martinezin hekayəsini izah edə bilərsiniz. Çünki onlar, dünyada ən uzun müddət nişanlı qalan cütlük olub. Octavio Guillen və Adriana Martinez, 1902-ci ildə Meksikada nişanlanıb, lakin toylarını təxirə salıblar. 67 il sonra, 1969-cu ilin iyun ayında Octavio Guillenin başqa bir bəhanəsi qalmayıb və nəhayət ki, dünyanın ən uzun müddətli nişanlılıq dövrü sona çatıb. Nişanlandıqlarında 15 yaşında olan cütlük, evləndiklərində 82 yaşında olublar.
Dünyanın ən uzun müddətli çıxışı:
Fransız Lluis çıxışında Colet ispan rəssam Salvador Dali, Katalon mədəniyyəti və digər mövzular barəsində 124 saat boyunca danışaraq dünyanın ən uzun müdətli çıxış edəni kimi tarixə düşüb. 62 yaşlı Katalon və yerli hökumət vəzifəlisi cənubi Fransadakı Perpignanda qırdığı rekordu beş gün, dörd gecədə tamamlanıb. Üç vəzifəli şəxs bu rekordun həqiqətən baş tutmasını izləmək üçün mərasimdə iştirak ediblər. Qeyd edək ki, əvvəlki rekord 120 saatlıq çıxış edən hindliyə aid olub.
Dünyanın ən uzun müddət yanan lampası:
Dünyanın ən uzun yanan lampası, 1901-ci ildən bu günə qədər heç dayanmadan yanır. Təqaüdə çıxdıqdan sonra da köhnə xilasedici Tom Bramell keçmiş günlərin xatirinə stansiyanı ziyarət edir və ətrafdakı dəyişikliklərə baxır. Dəyişməyən tək bir şey var o da tavandan sallanan və inadla yanan lampa. 111 il keçməsinə baxmayaraq hələ yanan bu möcüzə, həm Guinness Dünya Rekordları həm də Ripleyin İnan ya da İnanma Muzeyi tərəfindən dünyanın ən uzun müddət yanan lampası olaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB