Lidyalıların zamanında icad etdiyi pul, insan həyatına damğasını vuran ən əhəmiyyətli simvollardan biridir. Kağız icad edilənə qədər qızıl, gümüş və s. qiymətli metallardan hazırlanan pullardan geniş istifadə olunub. O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə ediblər. Qədim pulların tam yumru olmamasının səbəbi də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün pullar avam əhalinin əlində qalırdı. Bu problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı. Bu tırtıllar sayəsində, pulun kənarının qazındığı dərhal müəyyən olunur və kənarı qazınmış pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər gəlib çatıb. Artıq tərkibində qiymətli metal olmamasına baxmayaraq, qəpiklərin kənarlarında ya tırtıl, ya da bir yazı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB