Doğum tarixinə görə hansı xüsusiyyətdəsiniz?

1-10 yanvarda doğulanlar: Dava-dalaşdan xoşlanmayan, sevdiyi insanları düşünən, səbirli və əməksevər. Uğursuzluğa dözə bilməyən, başqasının payında gözü olmayan.

11-19 yanvarda doğulanlar: Son dərəcə məntiqli, bacarıqlı, sözübütöv, təhsilə önəm verən, güclü yaddaşa və güclü analitik qabiliyyətə malik olurlar.
20-29 yanvarda doğulanlar: Açıq danışan, dostcanlı, lazım olan zaman duyğularını arxa planda tutub məntiqi ilə hərəkət edən, yüksək qavrama qabiliyyətinə malik, çətinliyə düşən zaman ağılla çıxış yolu tapa bilən.
30 yanvar-8 fevralda doğulanlar: Sürətli düşünə bilən, təbiilikdən xoşlanan, xarici dil öyrənmə qabilliyəti yüksək olan, düşdüyü mühütə tez uyğunlaşan, mübahisəni sevən və yüksək inandırma qabiliyyəti olan.
9-18 fevralda doğulanlar: Sərbəstliyi sevən, zövqlə geyinməyə əyləncəyə meyilli, cazibədarlığı ilə əks cinsi cəlb edə bilən.
1-29 fevralda doğulanlar: Güclü təxəyyülə malik, dostcanlı, kömək etməyi sevən, olduqca romantik və həssas.
1-10 martda doğulanlar: Mühafizəkar bəzən dəyişkən xarakterli, olduqca təvazökar, ailəsinə bağlı, pislik etməyi bacarmayan özünə edildikdə isə çox təsirlənən, güclü hissiyatlı.
11-20 martda doğulanlar: Hər işdə müvəffəqiyyət əldə edə bilən, bəzən fitri istedada malik olan, başqalarına təsir edə bilən, güclü enerjiyə malik, sirr saxlaya bilən.
21-31 martda doğulanlar: Həyatda hədəfini bilən, inadkar, əmir almağı xoşlamayan.
1-10 apreldə doğulanlar: Rəngli, həyatsevər bir xarakterə malik, aktyorluq və idarəetmə qabiliyyəti güclü.
10-20 apreldə doğulanlar: Yeniliklər axtaran, pul xərcləməyə meyilli,açıq fikirli, comərd və özünə inamlı.
20-30 apreldə doğulanlar: Gözəllik aşiqi, dəbdəbəli həyatı sevən, maddi və mənəvi dəyərlərə önəm verən, həssas və dostcanlı, ətrafı tərəfindən sevilən.
1-10 mayda doğulanlar: Zehini qabiliyyətləri güclü, ağıllı, güclü natiqlik və yazı qabiliyytinə malik, nitqi ilə qarşısındakını ələ ala bilən.
11-20 mayda doğulanlar: Sadiq, inanıla bilən, qarşısındakına və dostluğa dəyər verən, sadiqliyin qədrin bilən.
21-31 mayda doğulanlar: Olduqca məntiqli, daim öyrənməyə çalışan, ağlını və məntiqini idarə edə bilən, yeniliklərdən xoşlanan.
1-10 iyunda doğulanlar: Rahatlığını düşünən, hər şeyi bəyənməyən, keyfiyyətə önəm verən, qarşısındakının nəbzini tez tuta bilən.

11-21 iyunda doğulanlar: Müasir və obyektiv düşünən, qüvvətli iradəyə malik, fikirləri daim müsbət qarşılanan.

22 -30 iyunda doğulanlar: Daim təhlükəsiz yaşamaq istəyən, sevdiklərinə önəm verən, təhlükə hiss etdikdə aqressivləşən.

1-11 iyulda doğulanlar: Yoxlamadan inanmayan, hissiyatı güclü, güclü olmağı xoşlayan.
12-22 iyulda doğulanlar: Güclü aktyorluq qabiliyyəti, incəsənətə meyilli, şəfqət duyğusu yüksək, idealist, yüksək təxəyyülə malik, sevgidə sadiq.

23 iyul-1 avqustda doğulanlar: Özündən əmin, liderlik gücünə malik, təşkilatçılıq qabiliyyəti, açıq sözlü, sadiq.
2-12 avqustda doğulanlar: Xoş söhbət, vicdanlı, qürurlu, gəzintini xoşlayan, sadiq dost, kiminsə əlini altında işləməyi sevməyən, sərbəstliyi sevən.
13-22 avqustda doğulanlar: Döyüşkən, enerjili, istədiyini əldə edə bilən, cəsur, haqsızlığa dözməyən, gözləməyi xoşlamayan.
23 avqust-1 sentyabrda doğulanlar: Ünsiyyətcil, məntiqli, cahil insanlardan uzaq olan, aristokrat yerləri xoşlayan, dəqiqliyi sevən
2-12 sentyabrda doğulanlar: Ciddi qərarlar verə bilən, işlərini ağıl və məntiqlə aparan, nizam-intizamı və yaşından böyük görünməyi sevən
13-22 sentyabrda doğulanlar: Yerində danışmağı sevən, iradəli, problemdən uzaq olmağa çalışan, tərəfsiz düşünən
23 sentyabr-2 oktyabrda doğulanlar: Lüks, dəbdəbə, gözəllik aludəsi, zövqləri uğrunda pul xərcləməkdən çəkinməyən, səyahət etməyi xoşlayan
3-13 oktyabrda doğulanlar: Başqaları tərəfində maraqlı qəbul edilən, sərbəst, qanunlaralı yaşamağı sevməyən, qərarlarını özü veməyi xoşlayan
14-23 oktyabrda doğulanlar: Ağlı ilə problemlərin öhdəsindən gələ bilən, həddən artıq duyğulu, ətraflı ilə yaxşı yola gedən
24 oktyabr -1 noyabrda doğulanlar: Düzgün və kəskin danışan, yenilikləri xoşlayan, intizamlı, sirrlərini paylaşmağı sevməyən
2-11 noyabrda doğulanlar: həddən artıq duyğulu və romantik, sevgisi üçün hər cür çətinliyə dözən, dostluqda sadiq, kömək etməyi sevən
12-22 noyabrda doğulanlar: Haqsızlıqlara dözməyən, düzgünlüyü sevən, hissiyatı güclü, şanslı, ailəsinə bağlı
23 noyabr-1 dekabrda doğulanlar: əxlaqa və təhsilə son dərəcə önəm verən, böyüklük etməyi yol göstərməyi xoşlayan,
2-11 dekabrda doğulanlar: Cəsur, çətin inanan, heç kimin sözü ilə hərəkət etməyən, aktiv, səbirsiz
12-21 dekabrda doğulanlar: Duyğularını idarə etməyi bacaran, səhv etməyi xoşlamayan, qürurlu
22-31 dekabrda doğulanlar: Məsuliyyətli, intizamlı, sadiq, bəzən bədbin olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...